UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.Gununsesi.info xəbər verir ki, A, B, C və D qruplarında növbəti oyunlar keçirilib.Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” favoritlərdən sayılan Almaniya çempionu “Bavariya”nın qonağı olub. Münhenlilər Harri Keynin son dəqiqələrdəki dublu sayəsində minimalhesablı qələbə qazanıblar. Qrupun digər qarşılaşmasında “Mançester Yunayted” Danimarkada “Kopenhagen”ə uduzub.Baş tutan matçlardan sonra 4 komanda – “Bavariya”, “Real”, “Real Sosyedad” və “İnter” 1/8 finala vəsiqəni rəsmiləşdiriblər.Qeyd edək ki, ötən gün “Mançester Siti” (İngiltərə) və “Leyptsiq”in (Almaniya) pley-offda iştirakı dəqiqləşib.Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
8 noyabrA qrupu
“Bavariya” (Almaniya) – “Qalatasaray” (Türkiyə) 2:1
“Kopenhagen” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə) 4:3
Xal durumu: “Bavariya” – 12, “Kopenhagen” – 4, “Qalatasaray” – 4, “Mançester Yunayted” – 3.B qrupu
“Arsenal” (İngiltərə) – “Sevilya” (İspaniya) 2:0
PSV (Niderland) – “Lans” (Fransa) 1:0
Xal durumu: “Arsenal” – 9, PSV – 5, “Lans” – 5, “Sevilya” – 2.C qrupu
“Napoli” (İtaliya) – “Union” (Berlin, Almaniya) 1:1
“Real” (İspaniya) – “Braqa” (Portuqaliya) 3:0
Xal durumu: “Real” – 12, “Napoli” – 7, “Braqa” – 3, “Union” – 1.D qrupu
“Real Sosyedad” (İspaniya) – “Benfika” (Portuqaliya) 3:1
“Zaltsburq” (Avstriya) – “İnter” (İtaliya) 0:1
Xal durumu: “Real Sosyedad” – 10, “İnter” – 10, “Zaltsburq” – 3, “Benfika” – 0.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta