HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam” Briqadalarının sözçüsü Əbu Ubeydə İsrailin Qəzzaya hücumlarına sərt reaksiya verib.
Musavat.com-un məlumatına görə, Qəssam Briqadalarının sözçüsü Əl-Əqsa televiziyasında yayımlanan çıxışında qeyd edib ki, bu günə qədər 136 İsrail tankı məhv edilib. O, “düşmənin zirehləri əsgərlərinin məzarına çevriləcək” deyə xəbərdarlıq edib.
Əbu Ubeydə hər cəbhədə müqavimət göstərdiklərini və düşməni izlədiklərini bildirib.
Qəssam Briqadalarının sözçüsü qeyd edib ki, İsrail bir neçə gün əvvəl HƏMAS tərəfindən saxlanılan 12 əcnəbinin azad edilməsinə mane olub.
“Məhbusların və əcnəbilərin azad edilməsi səylərini əngəlləyən, onların həyatlarını təhlükəyə atan məhz İsraildir. Düşmən qırğını yaddaşlardan silinməyəcək. Onları lənət, məhv və atəş gözləyir. Bizim mücahidlərimiz sizi izləyir”, - Əbu Ubeydə sərt xəbərdarlıq edib.
Aytən Novruz
Musavat.com