AZ

Paris-2024: Osman Nurmaqomedov 1/4 finalda məğlub oldu - YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
 
Moderator.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı dörddəbir final mərhələsində San Marino təmsilçisi Maylz Nazem Amin ilə üz-üzə gəlib.
 
Nurmaqomedov rəqibinə məğlub olub - 14:16. Amin finala yüksəlsə, təmsilçimiz sabah təsəlliverici qarşılaşmaya qatılacaq.
 
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
 
14:42
 
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
 
Moderator.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gəlib.
 
Rəqibinə qalib gələn Nurmaqomedov (11:2) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda San Marino təmsilçisi Maylz Amin ilə görüşəcək.
 
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
 
Seçilən
80
14
moderator.az

10Mənbələr