AZ

Yorğun və ağrıyan ayaqlara ucuz və sadə çarə

Bütün günü bədənimizin yükünü daşıyan ayaqlarımız təbii ki, yorulur və xüsusi baxım tələb edir. Xüsusilə də orta yaşlı insanlarda çox yeridikdən sonra ayaq ağrıları özünü daha şiddətlə göstərir. 

Bəs görəsən bu ağrıları iynə-dərmansız aradan götürmək olar?

Fizioterapevt Araz Rəsulov Hit.az-a bildirib ki, ağrıyan ayaqlar üçün isti su vannası ən yaxşı vasitədir. Yayda isti suyu ilıq və sərin su ilə əvəzləmək olar:

"Lakin suyun içərisinə bir-iki sadə maddə əlavə eləməklə yorğunluğu daha tez aradan qaldırmaq olar. Məsələn, suya limon suyu sıxın. Limon yoxdursa, ayağınızı yuduğunuz suyun içinə 2-3 xörək qaşığı duz, yod töküb vanna edin. Bu yorğunluğu aradan qaldıracaq. Vanna etdikdən sonra ayağınızın altına yastıq qoyub, onu hündürdə saxlamaqla uzanın. Bu ayağa qan işləməsini rahatladır. Bundan əlavə içərisində xüsusi qabarcıqları olan masaj tərliklərində gəzin. O qan dolaşımını sürətləndiri, tonusu artırır".

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
45
hit.az

10Mənbələr