AZ

Könül Nurullayeva: “ABŞ Ermənistanı silahlandırmaqla hərbi balansı dəyişməyə can atır”

"5 aprel görüşü zamanı Ermənistan, Aİ və ABŞ razılaşmada hərbi əməkdaşlığa dair məxfi anlaşmanın olduğunu israrla təkzib edirdilər.  Amma bu günün reallığı - ABŞ-Ermənistan hərbi təlimləri, ABŞ-dan Ermənistana gizli silah daşınması rəsmi Bakının haqlı olduöunu təsdiqləyir. Məqsəd aydındır - Ermənistanı hərbi cəhətdən gücləndirməklə hərbi balansı dəyişmək cəhdi və yeni münaqişə ilə Cənubi Qafqazı parçalamaq. ABŞ-ın Ermənistandakı səfirliyi “təkzib” adı altında tamam başqa mövzudan danışıb. Söhbət Ermənistana gizli yolla 2 təyyarədə silah-sursat daşınmasından getdiyi halda, səfirlik “təlimləri” şərh edib. Bu, bir daha göstərir ki, ABŞ səfirliyinin mövcud faktlar qarşısında deməyə sözü yoxdur.  Bunu yalan, dezinformasiya adlandıra bilməyiblər". 

Bu sözləri Ednews - a deputat Könül Nurullayeva ABŞ - ın Ermənistana son hərbi yardımını şərh edərkən söyləyib. Onun sözlərinə görə bu, Ermənistan hakimiyyəti və cəmiyyətini revanşist siyasətlərini davam etdirməyə həvəsləndirir.

"Avropa İttifaqı Avropa Sülh Fondu vasitəsilə 10 milyon avro ayırıb ki, bu da açıq şəkildə Ermənistanın militarizasiya siyasətinin davamına təkandır. Bu yardım, Ermənistan hakimiyyəti və cəmiyyətini revanşist siyasətlərini davam etdirməyə həvəsləndirir. Təbii ki, bu dəstəkdən sonra Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməyəcək. Fransa və Hindistandan ölümcül hücum silahlarının alınması davam edəcək.Bu arada, Ermənistanda keçmiş Qarabağ separatçılarının intensiv fəaliyyəti də müşahidə olunur. Məsələ burasındadır ki, hələ də "artsax" nümayəndəliyi fəaliyyətini davam etdirir. Bütün bunlar Ermənistan hakimiyyətinin revanşist ideyalardan əl çəkmədiyini təsdiqləyir. Bununla yanaşı, Ermənistan konstitusiyasını da dəyişmək istəmir, yəni Azərbaycana qarşı ərazi iddialarını davam etdirir. Bunlar Ermənistanın Qərb tərəfindən həyata keçirilən militarizasiya siyasətinin nəticələridir. 

Təsadüfi deyil ki, Ermənistan mütəmadi olaraq sərhəddə ağır silahlar, kvadrokopter tətbiq etməklə təxribatlar törədir. Təbii ki, bu təxribatlar Ermənistana baha başa gələcək.  Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək. Regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcək".

Əkbər Novruz

Seçilən
91
50
ednews.net

10Mənbələr