AZ

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız başa vurdu – YENİLƏNDİ

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib.

KONKRET.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançının 1/8 finalda uduzduğu rəqibi – Albaniya təmsilçisi Çermen Valiyev finala yüksələ bilməyib.

O, 1/4 finalda özbəkistanlı Razambek Camalova yenildiyi üçün güləşçimizin mükafat əldə etmək şansı qalmayıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

KONKRET.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.

Görüşdə idmançımız rəqibinə 3:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Seçilən
35
8
konkret.az

10Mənbələr