AZ

Paris-2024: Bağlanış mərasimindəki bayraqdarlarımız müəyyənləşdi

Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib.  Matc.az xəbər verir ki, mərasimdə üçrəngli bayrağımızı taekvondoçu Qaşım Maqomedov və bədii gimnastımız Zeynəb Hümbətova dalğalandıracaq. Bağlanış mərasimi avqustun 11-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.  Qeyd edək ki, Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Zeynəb Hümbətova isə qrup hərəkətləri komandasının heyətində beşinci yeri tutub.    

Seçilən
38
9
matc.az

10Mənbələr