Azərbaycan Premyer Liqasında II turun daha bir görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.
Oyub meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. dirnaq modelleri
"Turan Tovuz"un qələbə qolunu 34-cü dəqiqədə Xəyal Nəcəfov vurub.
Qərb təmsilçisi baş məşqçi Kurban Berdıyevin rəhbərliyi altında ilk qalibiyyətini alıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Kəpəz"ə 3:0, "Araz Naxçıvan" isə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" görüşü isə heç-heçə ilə yekunlaşıb - 1:1.
Telegram kanalımız