AZ

Göygöldə də restoranda 20 nəfər zəhərlənib

Göygöldə də zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Toğanalı kəndindəki restoranların birində qeydə alınıb.

Hadisə yerinə Göygöl Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunub.

Zəhərlənmənin vətəndaşların özləri ilə restorana gətirdiyi qidaların səbəb olduğu ehtimal edilir. Zərərçəkənlərin sayının 20 nəfər olduğu bildirilir.

Qeyd edək ki, eyni gündə Gəncədə də yas mərasimində kütləvi zəhərlənmə olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
8
qafqazinfo.az

10Mənbələr