AZ

“Mazol”lardan necə qurtulmaq olar? - Evdə asan üsul

"Mazol" adətən sürtünmə və ya təzyiq nəticəsində yaranan dəri qalınlaşmasıdır.

Day.Az medicina.az-a istinadən xəbər verir ki, xüsusilə ayaqlarda, dar ayaqqabılar və ya uzun müddət ayaq üstə durmaq "mazol"ların əmələ gəlməsinə səbəb olur.

Əvvəlcə kiçik olan "mazol"lar zamanla böyüyərək ciddi ağrılara və gündəlik fəaliyyətlərə mənfi təsir göstərə bilər.

Bəs bunun üçün nə etmək olar?

Aspirinin tərkibindəki salisilik turşu "mazol"u yumşaltmağa və ölü dərini aşındırmağa kömək edir.

Bir neçə aspirin tabletini əzin və bir neçə damcı limon suyu ilə qarışdıraraq pasta hazırlayın. Sonra bu qarışığı "mazol"lara çəkin, parça ilə sarın və bir neçə saat gözləyin.

Bu proses zamanı "mazol"lar yumşalacaq. Daha sonra onu asanlıqla çıxara bilərsiniz.

Ancaq unutmayın ki, hər hansı bir mənfi təsirin qarşısını almaq üçün bu cür təcrübələrdən əvvəl bir tibb işçisi ilə məsləhətləşmək vacibdir.

Seçilən
193
7
day.az

10Mənbələr