AZ

Bakı Tehrandan “təkzib istəyir”: Pezeşkianın adından yayılan iddialara görə

Britaniyanın The Telegraph qəzeti iddia edib ki, İran Prezidenti Pezeşkian Azərbaycan da daxil, qonşu ölkələrdəki gizli İsrail bazalarını vurmağı təklif edib.

Rəsmi Bakı gözləyir ki, Tehran bu iddiaları təkzib etsin və şübhələrə son qoysun”, - deyə Azərbaycan hakimiyyətindəki mənbələr APA-ya bildirib.

Tehran hələ ki, The Telegraph-ın yazdığı iddialara cavab verməyib.

The Telegraph Pezeşkiyanın köməkçisinə istinadən yazıb ki, Həmas lideri İsmayıl Hənayinin İranda öldürülməsindən sonra Tehran hökumətində İsrailə necə cavab verilməsi ilə bağlı fikir ayrılığı var.

Qəzet iddia edib ki, İnqilab Keşikçiləri Korpusunun generalları birbaşa İsrailə hücuma tərəfdar olublar, amma Prezident təklif edib ki, İsrailin İranın qonşu ölkələrindəki bazaları hədəfə alınsın. O, İsrailə birbaşa hücumun daha “ağır nəticələri olacağından narahatdır”, The Telegraph köməkçiyə istinadən yazıb.

Bu iddia Həmas lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra daha da gərginləşən İran-İsrail münasibətləri fonunda səslənir.

Videonu YouTube kanalımızdan izləyin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
bbc.com

1Mənbələr