AZ

"Saakaşvili bu müharibəni kənardan aldığı sifarişlə başlatdı"

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kənardan verilən göstərişlər nəticəsində 2008-ci ilin avqustunda avantürist hərəkətlərə əl atdı və nəticədə müharibə ilə nəticələndi".

"Unikal" xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının siyasi şurasının bəyanatında deyilir.

"Gürcüstan cəmiyyətinin əksəriyyəti Saakaşvilinin adekvatlığına haqlı olaraq şübhə ilə yanaşır, lakin fakt odur ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətləri onun psixi balansının pozulması deyil, kənardan gələn göstərişlərin və yaxşı planlaşdırılmış xəyanətin nəticəsi idi", - mətndə qeyd edilib. 

Gürcüstanın hakim partiyası vurğulayır ki, ölkədə uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün cəmiyyətin “ölkəmizə və xalqımıza qarşı xəyanətkar cinayəti kimin törətdiyini” birdəfəlik bilməsi üçün ictimai hüquqi prosesin təşkili vacibdir. 

Gürcüstanın baş naziri İrakli Kobaxidze avqustun 8-də bildirib ki, respublikanın hakimiyyət orqanları 2008-ci il müharibəsinin hallarını aydınlaşdırmaq üçün prokurorluq, Konstitusiya Məhkəməsi ilə əlaqə saxlayacaq və ya parlament komissiyası yaradacaq.

Xatırladaq ki, 2008-ci ilin avqustunda gürcü qoşunlarının Tsxinvalini ələ keçirməyə cəhd etməsindən sonra silahlı gürcü-Cənubi Osetiya münaqişəsi baş verib. Rusiya avqustun 8-də Rusiya vətəndaşlarını və regiondakı sülhməramlılarını qorumaq üçün gürcü qoşunlarının geri çəkilməsinə səbəb olub. 26 avqust 2008-ci ildə Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. 

Gülayə Mecid 

Seçilən
180
50
unikal.az

10Mənbələr