Almaniyanın "Leypsiq" klubu Belçika təmsilçisi "Brügge"dən Antonio Nusanı transfer edib.
Yenisabah.az xəbər verir ki, Bundesliqa təmsilçisi 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
O, yeni klubunda 7 nömrəli formanı geyinəcək. dirnaq modelleri
Nusa ötən mövsüm "Brügge" klubunun heyətində meydana çıxdığı 46 oyunda 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" bu keçidi 22 milyon avro olaraq qiymətləndirib.
Telegram kanalımız