Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.
Bu barədə DİM-dən bildirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 138 nəzarətçi müəllim, 20 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb edilib.
İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 4 həftə ərzində elan olunacaq.
Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) noyabrın 26-da keçiriləcək və prosesdə iştirak etmək üçün qeydiyyat noyabrın 14-dək davam edəcək.
10Mənbələr
-
anews.azPeşəkar mühasib sertifikatı almaq istəyənlər imtahan veriblər ( 981569)
-
manset.azPeşəkar mühasib sertifikatı almaq istəyənlər imtahan verdilər ( 981348)
-
milli.azPeşəkar mühasib sertifikatı almaq istəyənlər imtahan veriblər ( 981309)
-
( )
-
aznews.azPeşəkar mühasib sertifikatı almaq istəyənlər imtahan veriblər ( 981118)
-
valyuta.azPeşəkar mühasib sertifikatı almaq istəyənlər imtahan veriblər ( 981046)
-
baku.wsPeşəkar mühasib sertifikatı almaq istəyənlər imtahan veriblər ( 981036)
-
teleqraf.comPeşəkar mühasib sertifikatı almaq istəyənlər imtahan verdilər ( 980926)
-
bizim.mediaPeşəkar mühasib sertifikatı almaq istəyənlər imtahan verdilər ( 980940)
-
demokrat.azPeşəkar mühasib sertifikatı almaq istəyənlər imtahan veriblər ( 980886)