AZ

Millimizin rəqibləri müəyyənləşib

Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Bakı mərhələsindəki rəqibləri bəlli olub. Matc.az xəbər verir ki, yığmamız 16 komandanın qatılacağı yarışda C qrupunda yer alacaq. Basketbolçularımız Almaniyanın “Düsseldorf ZOOS” klubu və təsnifat mərhələsinin A qrupunda ilk pilləni tutacaq komanda ilə üz-üzə gələcək. “Düsseldorf ZOOS” ilə oyun avqustun 17-də saat 16:50-də reallaşacaq. Həmin gün millimiz təsnifatdan gələn komanda ilə də münasibətləri ayırd edəcək. Bu qarşılaşma isə 18:30-da start götürəcək.

Seçilən
34
6
matc.az

8Mənbələr