AZ

“Sabah” - “Sent Patriks” oyununa nə qədər bilet satılıb?

“Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər. UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Sabah” - “Sent Patriks” matçına bilet satışı davam edir. Matc.az xəbər verir ki, artıq görüşə 4500 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər. Tezliklə "Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanması nəzərdə tutulub. Bilet almaq üçün (https://iticket.az/.../sabah-fk-st-patricks-athletic/125887) linkinə daxil ola bilərsiniz. Qeyd edək ki, avqustun 15-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” - "Sent Patriks" oyunu saat 20:00-da start götürəcək.

Seçilən
49
1
matc.az

10Mənbələr