AZ

“GL” şirkətinin istiqrazlarına 3 investor 3 sifariş təqdim edib

14 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin 400 min manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. 

Birjanın yaydığı məlumata görə, istiqrazlara 3 investor 3 sifariş təqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib. 

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: “GL” ASC

Dövlət qeydiyyat nömrələri – İSİN: AZ2028020280

İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi/Birqiymətli

İstiqrazların hər birinin sayı: 400 (ədəd)

İlkin ticarət qiymətləri: 1,000 manat

İstiqrazların hər birinin buraxılış həcmləri: 400,000 manat

Hərrac qiymətləri: 1,000 manat

İllik gəlirlilik faizləri: 15%

İstiqrazların hər birinin reallaşdırılmış həcmləri: 400,000 manat

İstiqrazların hər birinin sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 400,000 manat

Hər birinin investor sayı: 3

Hər birinin sifariş sayı: 3

Ödəmə Periodları: Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)

Tədavül müddətləri: 5 il

İstiqrazların ödəmə tarixləri: 14.08.2029

Anderrayter: “İNVEST-AZ İ.Ş.” QSC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
3
marja.az

5Mənbələr