AZ

Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 12 noyabr 2023-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.
DİM-dən hafta.az-a verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 138 nəzarətçi müəllim, 20 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.
İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 4 həftə ərzində elan olunacaq.
Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) noyabrın 26-da keçiriləcək və imtahanda iştirak etmək üçün qeydiyyat noyabrın 14-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
582
6
hafta.az

7Mənbələr