AZ

Krunoslav Renduliç: “Sabah bizim üçün çətin oyun olacaq”

“Sabah” klubunun baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Sent Patriks”lə (İrlandiya) cavab qarşılaşmasından öncə mətbuat konfransında iştirak edib. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. “Sabah” klubunun baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Sent Patriks”lə (İrlandiya) cavab qarşılaşmasından öncə mətbuat konfransında iştirak edib. Matc.az xəbər verir ki, xorvatiyalı mütəxəssis şansları dəyərləndirib: “Sabah bizim üçün çətin oyun olacaq. Növbəti mərhələyə yüksəlmək şansımız davam edir. Görüşə yaxşı hazırlaşmışıq. Heyətdə müəyyən itkilər var. İrlandiyada istədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci yarıda azlıqda qaldıqdan sonra qarşılaşma bizim üçün yaxşı keçmədi”. Qeyd edək ki, “Sabah” – “Sent Patriks” matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.    

Seçilən
77
7
matc.az

8Mənbələr