AZ

Ronaldunun qol vurduğu matçda komandası finala vəsiqə qazanıb

Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında Kriştianu Ronaldunun formasını geyindiyi “Əl-Nəsr” “Əl-Taavun”a 2:0 hesabı ilə qalib gəlib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, portuqaliyalı ulduz futbolçu bu matçda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Digər dəqiq zərbə isə Ayman Ahyanın aktivinə yazılıb. Bu gün Xorvatiya milli komandasındakı karyerasını başa vuran yarımmüdafiəçi Marselo Brozoviç isə qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

Qeyd edək ki, “Əl-Nəsr” Superkubokun finalında “Əl-Hilal”la qarşılaşacaq. Matç avqustun 17-də baş tutacaq.

Seçilən
113
1
missiya.az

2Mənbələr