AZ

Bu insanlara bal olmaz – Açıqlama

“Mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün baldan sui-istifadə etməmək daha yaxşıdır”

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu terapevt Andrey Tyajelnikov deyib.

“Bal yaxşı enerji və güc mənbəyidir, çünki o, 80 faiz təbii şəkərdən və 18 faiz sudan ibarətdir. Böyük miqdarda sürətli karbohidratlar mədəaltı vəzi və böyrəklərə əlavə stress qoyur, buna görə də bir yetkinin səhər yeməyi və ya nahar üçün gündə iki çay qaşığından çox olmayan (20-40 qram) bal yeməsi məsləhət görülür”, – deyə terapevt bildirib.

Mütəxəssis onu da əlavə edib ki, balı qızdırmaq olmaz.

Həkim, mədə-bağırsaq traktı, tənəffüs sistemi və ya bronxial astma xəstəlikləriniz varsa, baldan çox istifadə etməməyi tövsiyə edib.

Tyajelnikov tövsiyə edib ki, allergiya, şəkərli diabet və piylənmədən əziyyət çəkən insanlar bu məhsuldan istifadə etməsinlər.

Medianews.az

Seçilən
106
8
medianews.az

9Mənbələr