AZ

"Windows"da kritik və vacib boşluqlar aşkar edilib

"Microsoft" "Windows" əməliyyat sistemlərində (ƏS) 90 kritik boşluq aşkar edib və onları aradan qaldırıb.

Trend xəbər verir ki, bu barədə "The Hacker News" məlumat yayıb.

Qeyd olunur ki, 90 səhvdən 7-si "kritik", 79-u "vacib", biri "orta" qiymətləndirilib. Korporasiya mütəxəssislərinin çərşənbə axşamı hazırladığı "patç"ın (yamaq) buraxılması ilə birlikdə boşluqlar aradan qaldırılıb.

Məlumata görə, altı boşluq hakerlər tərəfindən istifadəçi kompüterlərini sındırmaq üçün fəal şəkildə istifadə olunub. Bunlara CVE-2024-38189, CVE-2024-38178, CVE-2024-38193, CVE-2024-38106, CVE-2024-38107 və CVE-2024-38213 daxildir. Mütəxəssislər izah ediblər ki, xətalarla bağlı insidentlərin əksəriyyəti sosial mühəndisliyi əhatə edir - məsələn, CVE-2024-38213-ə gəldikdə, haker istifadəçini cihazda zərərli faylı açmağa inandırmalıdır.

Nəşrin müəlliflərinin sözlərinə görə, "Microsoft" müstəqil tədqiqatçılar tərəfindən ona bildirilmiş CVE-2024-38202 və CVE-2024-21302 məlum problemləri hələ də aradan qaldırmayıb. Şirkət qeyd edib ki, sistemdəki çatışmazlıqların xüsusiyyəti dərhal reaksiya verməyi nəzərdə tutmur və boşluqlar sonradan aradan qaldırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
50
valyuta.az

10Mənbələr