AZ

KL:: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsində!

"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

"90deqiqe.Az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın "Osiyek" klubunu qəbul edib.

“Liv Bona Dea Arena”da baş tutan gərgin matçda qalib müəyyənləşməyib - 2:2.

Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyası olub. Burada daha dəqiq olan (2:1) "qartallar" tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. Komanda bu raundda Kiprin "Omoniya" kollektivi ilə üz-üzə gələcək.

Seçilən
25
16
90deqiqe.az

10Mənbələr