AZ

YAP Naxçıvan Ali Məclisinə seçkilərdə namizəd irəli SÜRMƏYİB

Hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərdə heç bir namizəd irəli sürməyib.

 

Modern.az-ın məlumatına görə, partiya üzvləri fərdi qaydada namizədliklərini irəli sürüblər.

 

YAP-ın niyə namizəd irəli sürmədiyi məlum deyil.

 

Hakim partiyanın 52 üzü Naxçıvan Ali Məclisinə seçkilərdə öz təşəbbüsləri ilə namizəddir.

 

Bundan başqa Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) və Ağ Partiyasının bir üzvü də seçkilərdə namizəd kimi iştirak edəcək.

 

Qeyd edək ki, Naxçıvan Ali Məclisinə seçkilər sentyabrın 1-də keçiriləcək.

Seçilən
127
21
modern.az

10Mənbələr