AZ

Renduliç xorvatlara “Qarabağ”dan danışdı – “Onlar hər cür hörmətə layiqdir”

“Qarabağ” çərşənbə axşamı Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Zaqreb “Dinamo”sunun qonağı olacaq.

Msport.az xəbər verir ki, “Sabah”ın xorvatiyalı baş məşqçisi Krunoslav Renduliç vecernji.hr saytına müsahibəsində Ağdam klubunun güclü və zəif tərəflərindən danışıb:

-“Qarabağ”a keçməmişdən qabaq komandanızın avrokubokdakı çıxışını dəyərləndirərdiniz.

-Biz Konfrans Liqasının II təsnifat mərhələsində favorit “Makkabi”ni (Hayfa) mübarizədən kənarlaşdırdıq. Odur ki, hər kəs “Sent Patriks”lə oyunda fərqli nəticə gözləyirdi. Halbuki futbolda yüz dəfə təkrarlananlar baş verdi. Sən əla vəziyyətdə deyilsənsə və kiçik səhvə yol verirsənsə, bunun əvəzini ödəyirsən. Azərbaycan liqasında son 11 turda hamıdan çox xal yığdıq – 24. Mən komandanın sükanı arxasına keçəndə 6-cı yeri tuturduq. Lakin səfərdə “Qarabağ”, “Neftçi” kimi komandaları məğlub edərək, sonda çempionatı 3-cü yerdə tamamladıq.

-“Dinamo”nun baş məşqçisi Sergey Yakiroviçlə “Kamen İnqrad” klubunda bir yerdə çıxış etmisiniz. O, “Qarabağ” barədə məlumat toplamaq üçün sizə müraciət edib? 

-Hələ ki yox, amma bu, o demək deyil ki, əlaqə saxlamayacaq. Mən “Qarabağ”ı onlarla oyunumuz olanda yaxından təhlil edib, izləyirəm. Onların əsas üstünlüyü Avropada böyük təcrübələridir. Onlar heyəti dəyişmirlər. Yalnız qapıçı Lunyov  Moskva “Dinamo”suna getdi, ona görə də Buntiç və polşalı Koxalskini gətirdilər.

Siz “Qarabağ”ı məğlub edə bildiniz, buna necə müvəffəq oldunuz?

-Bu “Slaven Belupo” və ya “Qoritsa”nın “Dinamo” üzərində qələbə qazanması kimi bir şeydir. “Qarabağ” Azərbaycan çempionatında əsas, lider  komandadır. “Qarabağ” öz gücünü Avropada da göstərdi, son dəqiqələrə kimi “Bayer”lə başabaş mübarizə apardılar. Yaxşı legionerləri var, Azərbaycanın ən yaxşı yerli futbolçuları bu klubda çıxış edir. Bu komanda hücumda çox güclüdür. Azərbaycan çempionatında start heyətində 4 yerli futbolçu olmaldır. Avropada daha çox legionerlərini istifadə edirlər. Braziliyalı Juninyo çox yaxşı hücumçudur və istənilən komandanı sıradan çıxara bilər. Leverkuzeni o “öldürdü”, hər iki oyunda qol vurdu. “Qarabağ” topla çox yaxşı oynayır, öldürücü keçidləri var. Juninyo, əlcəzairli Benziya, fransalı Zubir – bu ikisi rəqibə cəhənnəm yarada bilən futbolçulardı. Topla çox yaxşıdırlar, gözlənilməz gedişlər edə bilirlər. “Qarabağ” həqiqətən ciddi komandadır və hər cür hörmətə layiqdir. “Dinamo” üçün çətin olacaq.

-“Dinamo” çempionata əla başladı, bu “Qarabağ”ı çəkindirməlidir? 

-“Dinamo” bu mövsüm hələ 3 oyun keçirib, “Qarabağ” isə artıq 6 görüşə çıxıb. Bu oyunlardan dördü avrokubok matçı idi. “Qarabağ” demək olar ki, ötən ilki heyətlə çıxış edir. “Dinamo”da isə bir neçə yeni futbolçu var. “Qarabağ”ın həftəsonu çempionat oyunu təxirə salındı və onlar “Dinamo” ilə görüşə hazırlaşırlar. “Dinamo” individual olaraq əlbəttə ki, güclüdür, lakin mən iki bərabər oyun gözləyirəm. Zaqreb klubu  onlara ciddi yanaşmalıdır, əks halda sonluq yaxşı olmaya bilər. Mən hələ “Zirə” ilə oyundan qabaq “Osiek” azarkeşlərinə dedim ki, “onlarla zarafat etməyin, bu kifayət qədər ciddi komandadır”. Azərbaycan çempionatı çox gərgin və dinamik liqadır. Demək olmaz ki, hansısa oyunda rahat xallar alacaqqsız. “Qarabağ” avrokuboklarda oynayanda stadion həmişə dolur.

-Maraqlıdır ki, “Qarabağ”ın baş məşqçisi 16 ildir komandaya rəhbərlik edir.

-Qurban Qurbanovun böyük səlahiyyətləri var. Bütün futbolçuları özü seçir. Klubda heç kim onun işinə qarışmır.

– “Qarabağ”ın son oyunlarını da xatırlayaq. Evdə “Ludoqorets”ə 1:2 uduzsalar da, səfərdə 7:2 qələbə qazandılar. 

-Evdə uduzsalar da, dominant tərəf idilər, daha yaxşı oynayırdılar. Futbolda belə şeylər olur. Bəli, səfərdə 7 qol vurdular, hələ dördünü də vura bilərdilər. “Qarabağ” topa nəzarət etməyi sevir. Onlar hücuma çıxanda 2 stopper və iki yarımmüdafiəçi irəlidə olur və bu risk yaradır. Lakin bu müddət ərzində onlar bolqarlarlardan 5 dəfə üstün oldular: 5:4, 5:3. Bu, “Dinamo” üçün ciddi xəbərdarlıqdır. Bir də “Qarabağ”ın itirəcəyi heç nə yoxdur, çünki Avropa Liqasının qrup mərhələsində artıq yerlərini təmin ediblər. “Dinamo” isə Çempionlar Liqasına düşməsə, ciddi təzyiq yaradacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
42
msport.az

10Mənbələr