“Real”ın hücumçusu Xuanmi Latasa komandadan ayrılıb.
“Football-plus.az” xəbər verir ki, 23 yaşlı forvard İspaniyanın digər klubu “Valyadolid”ə transfer olunub. O, “ağ-bənövşəyilər”lə 5 illik müqavilə bağlayıb. "Transfermarkt" portalı futbolçunu 2,5 milyon avroya qiymətləndirir.
Qeyd edək ki, əvvəlki iki mövsümü “Xetafe”də icarə əsasında keçirən Latasa meydana çıxdığı 57 oyunda 7 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta