AZ

Bəzi rayonlara yağış yağıb, külək güclənib -FAKTİKİ HAVA

Azərbaycanda dünən gün ərzində və ötən gecə əsasən yağmursuz hava şəraiti müşahidə olunub.

 

Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 19-u saat 9:00-a olan məlumatında belə deyilir.

 

Qeyd olunub ki, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

 

Düşən yağıntının miqdarı Lənkəranda 6 mm, Astarada 2 mm, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Qobustan, Sabirabad, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

 

Şərq küləyi arabir Culfada 18 m/s-dək güclənib. Şəmkir, Qrız, Lerikdə duman müşahidə olunub.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
49
senzor.az

10Mənbələr