Ermənistan parlamentinin keçmiş deputatı, "Alyans" partiyasının rəhbəri Tiqran Urixanyan Paşinyanla bağlı sensasion açıqlamalar verib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, siyasətçi hazırkı baş nazir Nikol Paşinyanın ölkənin əvvəlki hakimiyyətləri dövründə Ermənistan xüsusi xidmət orqanları tərəfindən işə götürülməsini təsdiq edən sənədi nümayiş etdirib.
Verilişi on minlərlə insan izləyib və onların əksəriyyəti bunu sənədləşdirdiyinə görə eks-deputata təşəkkür ediblər.
Tiqran Urixanyan sənədi ona verən şəxsin adını təhlükəsizlik baxımından açıqlamayacağını bildirib. Sabiq deputat qeyd edib ki, onda müəyyən razılaşmalar çərçivəsində vaxtaşırı dərc olunacaq məlumatlar var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun