Bakıda və Abşeron yarımadasında yanvarın 28-də şimal-qərb küləyinin sürətinin 15-18 m/s olacağı, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcəyi, hava şəraitinin yanvarın 27-də axşam, 28-də gecə və səhər arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə yağışın intensivləşəcəyi ehtimalı var.
Yenicag.az xəbər verir ki,bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.