AZ

Adil Əliyev növbəti vətəndaş qəbulunu keçirdi – FOTO

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev yanvarın 31-də qabaqcadan müəyyən edilmiş qəbul qrafikinə uyğun olaraq Milli Məclisdə şəhid ailələrinin, qazilərin və müxtəlif məsələlərlə əlaqədar müraciət etmiş vətəndaşların növbəti qəbulunu keçirib.

Yenicag.az xəbər verir ki, qəbul zamanı vitse-spiker Adil Əliyev vətəndaşları dinləyərək, onlar tərəfindən qaldırılmış müxtəlif sosial, humanitar, təhsil və digər məsələlərin bir qismini yerindəcə həll edib. Vətəndaşların digər müraciətləri isə icraata alınıb.

Vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması ilə bağlı dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Milli Məclisin sədr müavinin ünvanına daxil olmuş müraciətlərin hər biri geniş şəkildə təhlil edilir və həlli məqsədilə qanunvericilik çərçivəsində bütün mümkün addımlar atılır.

Seçilən
160
5
yenicag.az

10Mənbələr