AZ

Məhəmməd Salah "Liverpul"la olan müqavilə müddətini artırmayacaq

İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah cari mövsümün sonu komandanı tərk edəcək.

"Echo"ya istinadən xəbər verilir ki, tərəflər arasında müqavilə müddəti uzadılmayacaq.

Misirli futbolçunun hazırkı sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. O, bu müddət ərzində 350 matçda 212 qol vurub.

Mənbə: report.az

Aqreqator
Seçilən
31
3
report.az

5Mənbələr