UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə Türkiyənin "Qalatasaray" klubu İsveçrənin "Yanq Boys" kollektivi ilə qarşılaşıb.
BAKU.WS xəbər verir ki, görüş "Cim-Bom"un 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
"Sarı-qırmızılar"ın heyətində Mişi Batşuayi dubl müəllifi olub. Abdulkadir Bardakçı isə qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.