AZ

Konqresmen: ABŞ prezident seçkiləri Tramp və Harris arasında ciddi döyüş olacaq

ABŞ-da qarşıdan gələn prezident seçkiləri rəqabət şəraitində keçəcək və dövlət başçısı postuna namizədlər Donald Tramp və onun rəqibi Kamala Harris arasında ciddi mübarizəyə çevriləcək.

Bu fərziyyəni “RİA Novosti” yə müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsinin həmsədri Ceymi Raskin bildirib.

“Düşünürəm ki, onlar rəqabətədavamlı olacaqlar. Bu, ciddi döyüş ola bilər”, – konqresmen vurğulayıb.

Həmçinin, onun fikrincə, Tramp Rusiyaya güzəştə getməklə Ukraynadakı münaqişəyə son qoymaq istəyir.

Daha əvvəl məlum olmuşdu ki, Tramp X sosial şəbəkəsində amerikalı sahibkar İlon Maskın təşkil etdiyi “prezident seçkiləri”ndə Harrisi məğlub edib.

Mənbə RİA Novosti

Seçilən
190
2
dogru.az

10Mənbələr