AZ

"Heyvandarlıqla yox, öz işinizlə məşğul olun" - Paşinyan naziri ələ saldı

Ermənistan hökuməti bu gün baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə toplanıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

İclasda Ermənistan Respublikasında heyvandarlığın inkişaf etdirilməsi proqramlarının təsdiq edilməsi məsələsinin müzakirəsi zamanı xarici işlər naziri Ararat Mirzoyan təkliflə çıxış edib.

"Cənab Baş nazir, bu müzakirə belə bir fikrin yaranmasına səbəb oldu ki, bu da bir həll yolu ola bilər, bəlkə də səhv edirəm. Amma məncə, həm səmərəlilik baxımından, həm də nəzarət baxımından bir həll olacaq. Bəs dövlət lazımi heyvan növlərini alıb, sonra kəndlilərə yarı qiymətinə versə, necə olar?", - Mirzoyan bildirib. 

"Mirzoyan müəllim, dövlət alıb, bəs o qədər heyvanı harada saxlayacaq? Nə vaxta qədər davam edəcək? Onların yarısı öləcək". Yəni, dövlət bir həftəlik də olsa, heyvandarlıqla məşğul olmalıdır. Bunu kim edəcək? XİN bizi əmin edir ki, heyvandarlıqla məşğul olacaq? Yox, siz öz işinizdə daha yaxşısınız. Buna görə də yaxşı olar ki, öz işinizlə məşğul olun", - deyə Nikol Paşinyan nazirə gülərək cavav verib. 

Ağarza Elçinoğlu 

Seçilən
100
50
unikal.az

10Mənbələr