"Turan Tovuz" icarə əsasında çıxış edən Fərid Yusiflini transfer etdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, qərb təmsilçisi "Neftçi"dən ayrılan yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, F.Yusifli ötən mövsümün ikinci hissəsini icarə əsasında Tovuz klubunda keçirib. O, əyalət komandasının heyətində Premyer Liqada 10 oyunda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta