Bakı. Trend:
Basketbolun 3x3 növü üzrə Avropa kubokunun qrup mərhələsindənsonra qadınlardan ibarət komandaların reytinq siyahısıaçıqlanıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki,cədvəldə dünyanın ən yaxşı 30 komandasıyer alıb.
Azərbaycan millisi dünyada 16-cıdır. Yığmamızın hesabında234,649 xal var.
Avropa kubokunda aldığı iki məğlubiyyət millimizə ciddi təsiredib. Basketbolçularımız Avstriyadakı turnirdə 14,627 reytinq xalıitirib. Bu, komandamızın 3 pillə geriləməsinə səbəb olub.
Qeyd edək ki, cədvələ Kanada başçılıq edir – 571,376. Niderland(477,797) ikinci, Fransa (448,052) üçüncüdür.