28-31 avqustda Perunun paytaxtı Limada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, 49 ölkədən 405 idmançının qatılacağı turnirdə Azərbaycan oğlanlar arasında 5 çəki dərəcəsində 7 nəfərdən ibarət heyətlə təmsil olunacaq.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov,rəhbərlik edəcək.
Yarışa qatılacaq heyəti təqdim edirik:
-50 kq.
Bahadır Feyzullayev
Məhəmmədəli Hüsiyev
-55 kq.
Nihad Məmişov
-73 kq.
Cəsur İbadlı
-81 kq.
Əli Qazıməmmədov
Mehdi Abbasov
+90 kq.
Sübhan Axundov
Cüdoçularımız dünya reytinqində liderdir
Elnur Məmmədli: "Fransada himnimizi səsləndirmək vacib idi"
Zelim Kotsoyev: "Özümə gözəl bir doğum günü hədiyyə etdim" - Müsahibə
Hidayət Heydərov: "İkinci dəfə olimpiya çempionu olmaq istəyirəm" - Müsahibə
Cüdoçularımız Vətənə qayıdır