AZ

"Zirə"nin 6 qolla uduzması mənim üçün əsl şok oldu"

Serbiyanın "Smederovo" klubunun müdafiəçisi Miloş Radivoyeviç sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu "Zirə"nin avrokuboklardakı çıxışını dəyərləndirib.

O, sabiq komandasının Konfrans Liqasının pley-off mərhələsində "Omoniya"ya 0:6 hesabı ilə məğlubiyyətinin özü üçün böyük sürpriz olduğunu adlandırıb:

"Zirə"nin "Omoniya"ya 0:6 hesabı ilə uduzması mənim üçün gözlənilməz oldu. Düzü, belə hesabın olacağına inana bilməzdim.

"Zirə"ni avrokuboklarda izləyirdim. Demək olar ki, bütün oyunlarına canlı baxmışdım.

"Şerif"lə görüşdən ta "Omoniya" ilə matça qədər. Bu komanda çox yaxşı irəliləyirdi, çox yaxşı oynadırdı.

"Omoniya" ilə görüşdə nə baş verdiyini bilmirəm. Bu cür hesab mənim üçün əsl böyük sürpriz oldu.

Halbuki "Zirə" son matçda "Osiyek" kimi komandanı məğlub etmişdi. Düzü, "Omoniya" ilə görüşdən əvvəl onların qalib gələcəyinə də inanılrdım.

Nəticə əsl çok oldu. Ümid edirəm ki, Bakıdakı matçda komanda qalib gələcək.

Onların növbəti illərdə də avrokuboklarda uğurlu nəticələr qazanacağına inanıram".

Miloş 2018-2019-cu illərdə "Zirə"nin formasını geyinib.

Seçilən
78
50
sportinfo.az

10Mənbələr