AZ

“Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər” - Qurbanov

“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, 52 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında sabah vacib oyuna çıxacaqlarını bildirib:

“Qarşılaşmanın mahiyyəti bəllidir. Bizim üçün olduqca vacib oyundur. Hesabda geridə olsaq da, əsas mərhələyə vəsiqə qazanmaq şansımız var. İnamımız böyükdür, yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, azarkeşlərimiz görüşdən narazı qalmasınlar. Matça final oyunu kimi hazırlaşmışıq. Rəqibimizi yaxşı tanıyırıq, güclü komandadır. Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər".

Avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Seçilən
65
18
rekord.az

10Mənbələr