İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Joao Kanselonun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Milli.Az report.az-a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına transfer olunub.
Portuqaliya millisinin üzvü illik 15 milyon avro maaş qazanacaq.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Barselona"da keçirən Joao 4 qol vurub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun