AZ

Çempionlar Liqası: “Qarabağ” Xorvatiya klubu ilə qarşılaşacaq

“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya təmsilçisi “Dinamo” ilə cavab matçına çıxacaq.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:45-də səsləndiriləcək.

Görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunu

28 avqust

“Qarabağ” – “Dinamo” (Xorvatiya)

Baş hakim: Maykl Oliver (İngiltərə).

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, tərəflər arasında baş tutan ilk oyun Xorvatiya klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
34
21
heftelik.az

10Mənbələr