AZ

"Mançester Siti"nin futbolçusu "Əl-Hilal"a keçib

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Joao Kanselonun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

30 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına transfer olunub.

Portuqaliya millisinin üzvü illik 15 milyon avro maaş qazanacaq.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Barselona"da keçirən Joao 4 qol vurub.

Seçilən
70
24
cbcsport.az

10Mənbələr