AZ

“Qarabağ” ÇL-lə vidalaşdı

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq.

Rekord.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə həlledici oyuna çıxıb.

Bu komandalar arasındakı ilk oyun Zaqrebdə baş tutmuş və çempionumuzun məğlubiyyəti ilə yekunlaşmışdı. Bu üzdən də Qurban Qurbanovun çalışdırdığı komanda ÇL-də əsas mərhələyə vəsiqə qazanmaq üçün rəqibini darmadağınla məğlub etməliydi. Amma təəssüf ki, ev oyununda da 2 cavabsız qolla uduzan Ağdam klubu ÇL-lə vidalaşmalı olub.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu

28 avqust

“Qarabağ” - “Dinamo” (Zaqreb) 0:2
Qollar: Marko Pyaça, 32. Mateus Silva, 53-öz qapısına.
Qırmızı vərəqə: Kevin Medina, 88 (ikinci sarı).
Baş hakim: Maykl Oliver (İngiltərə).
Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 0:3.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabiyan Buntiç, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Dinamo: 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Sami Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyer-Qabriel, 20. Marko Pyaça, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 28. Kevin Teofil-Katrin.
Ehtiyat oyunçular: 1. Daniyel Zaqoraç, 23. İvan Filipoviç, 4. Raul Torrente, 6. Maksim Bernauer, 7. Luka Stoykoviç, 8. Lukas Kaçavenda, 11. Arber Hoca, 19. Xuan Kordoba, 30. Marko Roq, 36. Luka Vrbançiç, 66. Branko Paviç, 77. Dario Şpikiç.
Baş məşqçi: Sergey Yakiroviç.

Seçilən
68
25
rekord.az

10Mənbələr