AZ

UEFA Çempionlar Liqası: “Qarabağ” - “Dinamo” oyunu başa çatıb YENİLƏNİB - 4

Bakı, 28 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” klubları arasındakı görüş başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk görüşdə də 3:0 hesabı ilə qalib gələn xorvatiyalılar turnirin liqa mərhələsinə vəsiqə qazanıblar. “Qarabağ” isə yoluna Avropa Liqasının liqa mərhələsində davam edəcək.

22:01

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” klubları arasındakı görüşdə ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 54-cü dəqiqəsində Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub - 2:0.

Matçın baş hakimi ingiltərəli Maykl Oliverdir.

21:53

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” klubları arasındakı görüşdə ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra qonaq komanda 1:0 hesabı ilə qalib gəlir.

Matçın baş hakimi ingiltərəli Maykl Oliverdir.

21:36

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” klubları arasındakı görüşdə ilk hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada rəqib komanda fasiləyə 1:0 hesabı ilə üstün yollanıb.

Matçın baş hakimi ingiltərəli Maykl Oliverdir.

21:23

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” klubları arasındakı görüşdə hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın 33-cü dəqiqəsində qonaqların heyətində Marko Pyatso qola imza atıb.

Matçın baş hakimi ingiltərəli Maykl Oliverdir.

20:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələcək “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüş başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:45-də start götürüb.

Matçın baş hakimi ingiltərəli Maykl Oliverdir.

Komandalar arasında Zaqrebdə keçirilmiş ilk oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” “Dinamo” səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının əsas – liqa mərhələsində davam etdirəcək.

Seçilən
69
1
azertag.az

10Mənbələr