AZ

“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı – YENİLƏNİB + VİDEO

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivi ilə qarşılaşıb.

Medianews.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 32-ci dəqiqədə Marko Pyasta açıb. 55-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.

Qeyd edək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran “Qarabağ” yoluna Avropa Liqasında davam edəcək.

20:11

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Zaqreb, Xorvatiya) matçı (ilk oyun – 0:3) üçün heyətlər açıqlanıb.

Medianews.az xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq görüşə aşağıdakı tərkibdə çıxacaqlar:

“Qarabağ”: 99. Mateus Koxalski, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Juninyo, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Rçard Almeyda, 22. Musa Qurbanlı, 24. leksey İsayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 20. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə

“Dinamo”: 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Semi Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyere-Qabriel, 20. Marko Pyaça, 25. Peter Suçiç, 27. Yosip Mişiç, 28. Kevi Teofile-Katerin

Ehtiyat oyunçular: 1. Daniel Zaqoraç, 23. İvan Filipoviç, 4. Raul Torrente, 6. Maksim Bernauer, 7. Luka Stoykoviç, 8. Lukas Kaçavenda, 11. Arber Hoxa, 19. Xuan Kordoba, 30. Marko Roq, 36. Luka Vrbançiç, 66. Branko Paviç, 77. Dario Şpikiç

Seçilən
65
34
medianews.az

10Mənbələr