AZ

Bir cüdoçumuz finalda, digəri üçün bürünc şansı - Dünya çempionatı

Perunun paytaxtı Limada yeniyetmə cüdoçular arasında dünya çempionatı start götürüb.

Prosport.Az xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 3 üzvü tatamiyə çıxıb.

50 kq-da yer alan Məhəmmədəli Hüsiyev ilk görüşündə italiyalı Tomas Qidoni (İtaliya) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz növbəti görüşünü Aksel Kuqa (Fransa) qarşı keçirib. Qələbə qazanan Məhəmmədəli yarımfinala yüksəlib. Bu mərhələdə Aleksey Toptıginə (AİN) uduzan Hüsiyev bürünc uğrunda Karlos Filyo (Braziliya) ilə yarışacaq.

İlk mərhələdən azad olan Bahadır Feyzullayev (50 kq) Aleksey Toptıgin (AİN) ilə qarşılaşıb. Görüş rəqib cüdoçunun qələbəsi ilə yekunlaşıb.

55 kq-da Nihad Məmişov mübarizəyə 1/16 finaldan qoşulub və onun rəqibi Amir Temirbayev (Kanada) olub. Çempionata qələbə ilə başlayan Nihad 1/8 finalda Yan Kolondra (Polşa), 1/4 finalda isə Botond Kunyikə (Macarıstan) qalib gəlib. O, finala gedən yolda Ukraynanı təmsil edən azərbaycanlı Xəzər Heydərovdan üstün olub. Cüdoçumuz həlledici döyüşdə Bat-Enerel Batbileglə (Monqolustan) qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatına sentyabrın 1-də yekun vurulacaq.

Seçilən
96
4
prosport.az

10Mənbələr