AZ

Paris-2024: Paraüzgüçüsü finala vəsiqə qazana bilməyib

Azərbaycan paraüzgüçüsü Könül Süleymanova Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

S2 kateqoriyasında çıxış edən idmançı 100 m məsafəyə arxasıüstə üzmədə təsnifat mərhələsində 4 dəqiqə 3.4 saniyə nəticə göstərib.

Süleymanova öz qrupunda 5-ci olub. İdmançı ilk "8-liy"ə düşə bilmədiyindən finala vəsiqə qazana bilməyib.

Seçilən
64
11
cbcsport.az

10Mənbələr