Azərbaycanı Paris-2024 Yay Paralimpiya Oyunlarında parakamandan oxatmada təmsil edən Cahan Musayev mübarizəyə qoşulub.
İdmançımız təsnifat mərhələsində bacarığını göstərib.
Musayev yekun sıralamada 568 xalla 30 idmançı arasında 28-ci olub.
Qeyd edək ki, o, 1/16 finalda İran təmsilçisi Mohammad Reza Arab Ameri ilə üz-üzə gələcək. Bu mərhələ sentyabrın 4-də keçiriləcək.