AZ

"Zirə" avrokubokla vidalaşdı - YENİLƏNİB

"Zirə" cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.   Manset.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. 79-cu dəqiqədə Rafael Utziq fərqlənib. Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "Zirə" avrokubokla vidalaşmalı olub. 21:48 Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb. Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi qonaqları mərkəzə dəvət edib. 79-cu dəqiqədə Rafael Utziq fərqlənib. 21:21 Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüşdə ikinci hissə başlayıb. Manset.az xəbər verir ki, “Liv Bona Dea Arena”da oynanılan qarşılaşmanın ilk hissəsindən sonra qapılara qol vurulmayıb. Görüşü latviyalı FIFA referisi Vitali Spasennikov idarə edir. Komandalar arasında ilk matç rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 20:41 Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb. Manset.az xəbər verir ki, qarşılaşma saat 20:00-da start götürüb. Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edir. Qeyd edək ki, tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.

Seçilən
71
14
manset.az

10Mənbələr