AZ

Qayınanasını baltalayan gəlinin ölümünün - Təfərrüatları - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Daşkəsəndə qayınanasına balta ilə xəsarət yetirib hadisə yerindən qaçan gəlinin meyiti qonşunun həyətindən tapılıb.

Azreform.info ” xəbər verir ki, həmin şəxs həyətdə ot biçən zaman meyiti aşkarlayıb.

“Yaxınlaşdım, gördüm ki, həmin gəlindir, rəhmətə gedib. Sol əli başının üstünə qoyulmuşdu. Elə də dünyasını dəyişmişdi”, - hadisə şahidi bildirib.

Daha ətraflı APA TV-nin süjetdə:

***

Bir müddət əvvəl Daşkəsəndə qayınanasını baltalayaraq qaçan gəlinin ötən gün meyiti tapılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən Səidə Həsənovanın meyiti qayınanasını baltaladığı evdən təxminən 500 metr uzaqda, kolluq ərazidə tapılıb.

Üzərində zorakılıq əlamətləri olmadığı üçün intihar etdiyi ehtimal edilir.

S.Həsənovanın meyiti iki-üç gün əvvəl aşkar edilsə də, dünən dəfn edilib.

Xatırladaq ki, hadisə 27 iyul tarixində baş verib. Belə ki, qayınanası Tahirə Qurbanovanı baltalayaraq hadisə yerindən qaçan gəlin S.Həsənova qadının oğlu Nofəl Qurbanovun üçüncü arvadı olub.

Hadisəyə səbəb kimi T.Qurbanovanın oğlunun evə həyat yoldaşı kimi gətirdiyi xanımı öz gəlini kimi qəbul etməməsi olub.

Məlumata görə, qayınana və gəlin tez-tez mübahisələr ediblər.

Kənd sakinlərinin sözlərinə görə, əli qana batmış gəlin kəndə bu il mayın sonlarında gəlibmiş.

Seçilən
76
49
azreform.info

10Mənbələr